2.jpg

Azərkimya İ.B Mədəniyyət Mərkəzi

Sumqayıtın 1986-cı ildə istifadəyə verilmiş bu ən böyük mədəniyyət sarayında şəhərin bir çox təntənəli tədbirləri keçirilmişdir.

Sarayın səhnəsində və ona bitişik böyük meydanda həm bizim, həm də xarici ölkələrin məşhur artistləri çıxış etmişlər.

Qeyd edək ki, sarayın üçmərtəbəli binasında 1063 nəfərlik böyük konsert salonu, 204 nəfərlik akt zalı, konfrans zalı, dərnəklər üçün 56 iş və məşq otağı vardır. Burada 16 bədii özfəaliyyət dərnəyində 350 yeniyetmə məşğul olur


Tarix :

2017-01-01