8

Soyutma, İsitmə , Havalandırma,Yanğın, Elektrik və Su-Kanalizasiya təhçizatı sektoru

İsitmə, havalandırma və kondisioner sistemləri müasir ev, ofis və ya digər daşınmaz əmlak obyektinin ayrılmaz hissəsidir. Qeyd etmək lazımdır ki, bu sistemlər tikintinin xüsusiyyətlərindən asılı olaraq fərdi şəkildə layihələşdirilən və beləcə, isitməyə qənaət etməyə imkan verən ən müasir və yenilikçi aqreqatlardan ibarətdir. Müasir mənzil (istər bağ evi və ya şəhər evi) müxtəlif qurğu və aqreqatlardan ibarət kompleks şəklində fəaliyyət göstərir. Onların əsas vəzifəsi yaşayış üçün ən optimal və rahat şəraitin yaradılmasıdır. Mikroiqlimin tənzimlənməsi üçün nəzərdə tutulmuş bütün avadanlıq məhsuldarlığı, qənaətçiliyi və etibarlılığı ilə fərqlənən vahid isitmə, havalandırma və kondisioner sisteminin elementi sayılır. Şəxsi ev üçün nəzərdə tutulmuş isitmə və isti su təchizatı sistemləri qızdırıcı cihazlardan, boru kəmərlərindən, tənzimləyici, bağlayıcı və havaburaxan armaturadan ibarətdir. Sistemin istilik mənbəyi qismində müxtəlif növ yanacaqla işləyən qazanlar çıxış edir. Qazan maye istilik daşıyıcısını isidir (istilik daşıyıcısı rolunu xüsusi hazırlanmış su oynayır) və o, daha sonra borulardan otaqdakı radiatorlara (batareyalara) ötürülür. Radiatora ötürülən istilik daşıyıcısı istiliyin bir hissəsini otağa verdikdən sonra qazana qayıdır. Dövr nasosları tərəfindən saxlanılan istilik daşıyıcısının bu dövranı sistemi ən effektiv istilik mübadiləsi ilə təmin edir.
İsitmə sisteminin qurğusu artıq evin layihələşdirməsi və tikintisi zamanı nəzərə alınmalıdır. Artıq tikilmiş binanın bütün tələb olunan kommunikasiyalarının keçirilməsi zamanı divarlarda və örtüklərdə deşiklər açmaq lazım olacaq. Bundan başqa, qazanların altında yerə qoyulan vəziyyətdə xüsusi otağın hazırlanması lazım olacaq – qazanxana. Bu cür otaq layihə tərəfindən nəzərə alınmayıbsa, onda qazanı hamam otağında və ya mətbəxdə yerləşdirmək olar. Belə olan halda divara vurulan modellərdən istifadə etmək rahatdır. İsitmə sistemi birkonturlu və ikikonturlu ola bilər. Birkonturlu isitmə sistemi yalnız otaqların isidilməsi üçün nəzərdə tutulub. İkikonturlu isə isitmədən başqa su kəmərinin suyunu da qızdırır.



200 m2-cən kvadraturalı fərdi evlər üçün 30 kilovatt saatacan gücə malik dövr nasosları və genəldici baklarla uyğunlaşdırılan ikikonturlu qazanlar istifadə oluna bilər. Böyük sahəli evlərdə yüksək gücə malik birkonturlu qazanların, isti suyun hazırlanması üçün isə həcmli qazanın və ya qat-qat istilikdəyişdiricinin istifadə edilməsi məsləhət görülür. İkikonturlu sistemdə istilik daşıyıcısı olan ayrı borucuq (bir növ spiral şəklində olan qızdırıcı element) suyu xüsusi bakda qızdırır – yığıcı su qızdırıcısında. Bu çox rahat həlldir, halbuki ikikonturlu sistem xarab olduğu halda istifadəçi həm istiliksiz, həm də isti susuz qalacaq. Onu da qeyd etməliyik ki, su kəmərinin suyunun qızdırılması qazanın gücünün təxminən 25%-i sərf edir. Adətən isitmə və suyun qızdırılması üçün ayrı birkonturlu sistemlər istifadə olunur (yalnız soyuq aylarda işləyən bir qazan isitmə üçün, daha az gücə malik digəri isə suyun qızdırılması üçün). İstənilən halda, bu həll nə qədər yaxşı olsa da, olduqca bahadır. Qazanın optimal gücünün seçimi evin isidilən sahəsindən və obyektin hava şəraitlərindən asılı olaraq həyata keçirilir. Unutmaq lazım deyil ki, qazanın tələb olunan gücü evin bayır tərəfdə yerləşən hasarlayıcı konstruksiyalarının istilikdən qorunma səviyyəsindən və pəncərələrin germetikliyindən asılıdır. Müasir isitmə sistemləri hər otaqda lazım olan temperaturu bayırdakı temperatura reaksiya göstərən avtomatik termotənzimləyicilər vasitəsilə saxlayır. Onlar sistemdə olan tələbatdan asılı olaraq elektrik mühərriyin fırlanma tezliyini dəyişdirirlər. Beləcə, 60%-cən elektrik enerjisi qorunur və boru kəmərlərindəki hidravlik səs-küy azaldılır. Müasir muxtar isitmə sistemləri hətta ən şaxtalı günlərdə evin isti qalmasına kömək edir. Hər bir müəyyən halda avadanlığın optimal konfiqurasiyasının seçimi ev sahiblərinin tələbatlarına və yerli xüsusiyyətlərə uyğun həyata keçirilir.


HAVALANDIRMA

İnsanlar demək olar ki vaxtlarının 75%-i müxtəlif kateqoriyalı və təyinatlı otaqlarda keçirirlər. Bununla belə, çətin ki kimsə normal həyat fəaliyyəti üçün bizə gündə 20000 litrəcən havanın lazım olduğunu bilir. Otağın təmiz hava, tələb olunan təmizlik, temperatur və nəmlik göstəriciləri ilə havalandırma sistemi təmin edir. Havalandırma sisteminin qarşısında duran əsas tələblər bunlardır:

  • İnsanların normal, rahat həyat fəaliyyəti və tamdəyərli iş fəaliyyəti üçün lazım olan oksigen həcminin təmin edilməsi;
  • Emal edilmiş havada olan zərərli və zəhərli qatışıqların və maddələrin uzaqlaşdırılması;
  • Konstruktiv elementlərdə yaranan və binaya ziyan vuran nəmliyin götürülməsi;
  • Tələb olunan təmizliyə nail olmaq üçün havanın müxtəlif çirklənmələrdən və qatışıqlardan filtrasiyası;
  • Tələb olunan temperatur rejimlərinin, hava nəmliyinin yaradılması və saxlanılması;
  • Bayırdan gələn təmiz havanın və otaqdan çəkilən havanın arasında istilik rekuperasiyasının hesabına enerjinin qorunması;
  • Havanın dəyişilməsi məqsədilə qapıların və pəncərələrin açılmasına ehtiyac olmadığından bunun hesabına otaqda səs izolyasiyasının təmin edilməsi.

KONDİSİONER

  • Otağın düzgün mikroiqlimi insanların fərdi işləmək qabiliyyətinə həlledici təsir göstərir. Yorğunluq və işləməyə meylin olmaması çox vaxt otaqların mikroiqliminin qeyri-qənaətbəxş göstəricilərə sahib olmasının nəticəsidir. Tikilən binaların sayı artdıqca mikroiqlimin rahatlığı ilə bağlı tələblər də artır və bu, öz növbəsində texniki cəhətdən peşəkar kondisioner sistemlərinin quraşdırılmasını zəruri edir. Binada quraşdırılacaq kondisioner sisteminin seçimi diqqətlə hazırlanmış texniki tapşırığın əsasında həyata keçirilməlidir.